Mar
2024
01:40
76
22
2739
Virtual karabakh

Ronaldusuz “Ən-Nəsr” autsayderlə bacarmadı, səkkiz qol vuruldu - VİDEO

1 Mar, 2024
01:40
2739

Ronaldusuz “Ən-Nəsr” autsayderlə bacarmadı, səkkiz qol vuruldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turunda “Ən-Nəsr” “Əl-Hazem”i qəbul edib.

Ər-Riyaddakı “Əl Avval Park”da 8 qol vurulsa da qalib müəyyənləşməyib - 4:4.

“Ən-Nəsr”in yarımmüdafiəçisi Taliska het-trikə imza atıb. Daha bir qolu isə Sadio Mane penaltini dəqiq yerinə yetirərək vurub.

Lakin qonaqlar oyun ərzində bu qolların əvəzini çıxmağı bacarıblar. Sonuncu qolu 90+10-cu dəqiqədə “Əl-Hazem”in müdafiəçisi Paulo vurub və komandasını məğlubiyyətdən xilas edib.

Hazırda “Ən-Nəsr” 53 xalla 2-ci yerdə qərarlaşıb. Onun rəqibi isə 15 xalla 17-cidir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri