Mar
2024
19:24
28
93
2041
Virtual karabakh

“Braqa”lı futbolçunun Bakıda vurduğu qol ayın ən yaxşı qolu seçildi

1 Mar, 2024
19:24
2041

“Braqa”lı futbolçunun Bakıda vurduğu qol ayın ən yaxşı qolu seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın “Braqa” komandasının futbolçusu Alvaro Calonun Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda “Qarabağ”ın qapısına vurduğu qol ən yaxşı seçilib.

Oxu.az xəbər verir ki, bu barədə “Braqa” təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyalı yarımmüdafiəçinin görüşün 83-cü dəqiqəsində Andrey Lunyovun qoruduğu qapıdan keçirdiyi top “Braqa”da fevral ayının komandanın ötən ay vurduğu qolları sırasında birinci yerə layiq görülüb.

Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri