Mar
2024
15:38
138
8
965
Virtual karabakh

Azərbaycan komandası Latviyada qızıl medal qazandı - FOTO

4 Mar, 2024
15:38
965

Azərbaycan komandası Latviyada qızıl medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandası 1-4 mart tarixlərində Riqa şəhərində keçirilən Latviyanın gənclər və yeniyetmələr yarışında uğurlu nəticələr qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu turnirə ilk dəfə rekord sayda - 760 idmançı qatılıb.

Üzgüçülərimiz 200 metr məsafədə 4 dəfə sərbəst üsulda üzmədə kişilər arasında komanda yarışlarında ən yüksək nəticə göstərərək turnirin qalibi olublar və qızıl medallara layiq görülüblər. Bundan başqa, şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş medal, 4 dəfə 200  metr estafetdə sərbəst üsulda qızıl medal, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş medal, 4 dəfə 200  metr estafetdə sərbəst üsulda qızıl medal, Səid Həmidov 200 metr məsafədə qarışıq üsulda üç bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Mehri Əbdürrəhmalı 200 metr məsafədə batterflay üsulunda 3-cü yeri qazanıblar. S.İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər. 

Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinə görə, yarışlar çox gərgin mübarizə şəraitində keçir:

“Yarışlar əsasən gənclər arasında olduğundan kiçik yaşlı idmançılarımız üçün çox çətin idi. Çünki orada mübarizə aparan üzgüçülərin əksəriyyəti bizim uşaqlardan yaş etibarı ilə çox böyük idilər. Təxminən 5-6 yaş fərq var idi ki, təbii ki, bu da son nəticədə öz təsirini göstərirdi. Bu turnirə Latviya, Litva, Estoniya, İspaniya, Ukrayna, Finlandiyadan ən güclü idmançılar qatılmışdılar. Estafet yarışlarında üzgüçülərimiz bu yarışdan qabaq müxtəlif məsafələrdə şəxsi qarşılaşmalarda üzməklərinə baxmayaraq, sona qədər mübarizə apardılar və Azərbaycan komandası estafet yarışlarında qızıl medal qazandı. Bu, Azərbaycanın üzgüçülük tarixində çox uğurlu nəticədir”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri