Mar
2024
13:42
19
50
1577
Virtual karabakh

“Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı

5 Mar, 2024
13:42
1577

“Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” ötən gün klub bazasına gələrək etiraz edən azarkeşlərin həbs olunması ilə bağlı açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, açıqlamada klub tərəfindən tərəfdarla bağlı heç bir şikayət edilmədiyi bildirilib:

“Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” heç bir şikayət bildirməyib. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən, həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri