18 
Mar
2024
01:10
119
29
4215
Virtual karabakh

“Fənərbağça”nın oyunundan sonra baş verən dava ilə bağlı araşdırma aparılır - YENİLƏNİB + VİDEO

18 Mar, 2024
01:10
4215

“Fənərbağça”nın oyunundan sonra baş verən dava ilə bağlı araşdırma aparılır - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu axşam oynanılan “Trabzonspor”-“Fənərbağça” oyunundan sonra meydana girən azarkeşlərlə bağlı araşdırma aparılır.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

Bildirilib ki, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

“İdman hər şeydən əvvəl alicənablılıqdır. Futbol meydanlarında şiddətin baş verməsi əsla qəbuledilməzdir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə vurğulanıb.

00:50

Trendyol Superliqasının 30-cu turunda “Trabzonspor” və “Fənərbağça” komandaları üz-üzə gəliblər.

Oxu.Az xəbər verir ki, “Papara Park”da keçirilən qarşılaşmada “Fənərbağça” 3-2 hesabı ilə qalib gəlib.

“Fənərbağça”nın qollarını 13 və 45+4-cü dəqiqədə Fred, 87-ci dəqiqədə Batşuayi, “Trabzonspor”un xallarını isə 63-cü dəqiqədə Bardhi və 78-ci dəqiqədə penaltidən Trezeqe vurub.

Liqada ardıcıl beşinci qələbəsini qazanan “Fənərbağça” xallarını 79-a yüksəldib və “Qalatasaray”la fərqini iki xala çatdırıb. “Trabzonspor” 49 xalla üçüncü pillədə qalıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri