18 
Mar
2024
02:10
72
19
1977
Virtual karabakh

“İnter” doğma meydanda “Napoli”yə qalib gələ bilmədi - VİDEO

18 Mar, 2024
02:10
1977

“İnter” doğma meydanda “Napoli”yə qalib gələ bilmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya çempionatının 29-cu turunun mərkəzi oyununda “İnter” öz stadionunda “Napoli” ilə heç-heçə edib - 1:1.

Oxu.Az xəbər verir ki, matçın ilk qolu birinci hissənin sonlarına təsadüf edib - Matteo Darmian fərqlənib. Fasilədən sonra hər iki komandanın qol imkanları olsa da, qonaqlar şanslarından istifadə ediblər - Juan Jezus matçın sonunda fərqlənib.

Bu matçdan sonra “İnter” A Seriyasının turnir cədvəlinə inamla başçılıq etməkdə davam edir. “Napoli” yeddinci yerdədir.

Qeyd edək ki, İtaliya çempionatının növbəti turunda “İnter” ukraynalı Viktor Kovalenko ilə “Empoli”, “Napoli” isə “Atalanta” ilə qarşılaşacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri