18 
Mar
2024
21:08
70
13
2990
Virtual karabakh

Yerli komandaların futboldan ömürlük uzaqlaşdırılan oyunçuları - SİYAHI

18 Mar, 2024
21:08
2990

Yerli komandaların futboldan ömürlük uzaqlaşdırılan oyunçuları - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi 1-ci Liqa təmsilçisi “İrəvan”ın iki futbolçusunu ömürlük futboldan uzaqlaşdırıb.

Oxu.Az xəbər verir ki, bunlar Atlam Ege və Fəhmin Muradbəylidir.  

Onlar danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Fəhmin Muradbəyli uzun müddət ”Neftçi”dəki çıxışı ilə tanınıb.

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Həmçinin dörd nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə bir il şərti olmaqla iki illik futboldan uzaqlaşdırılıb.

Bunlar I Liqanın “İrəvan” klubundan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə bir illik sınaq müddəti verilib.

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1 200 manat cərimələnib, iki illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri