18 
Mar
2024
23:24
141
8
1088
Virtual karabakh

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

18 Mar, 2024
23:24
1088

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan atıcıları Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıblar.

Oxu.Az xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova və Ruslan Lunyov tandemi qızıl medal qazanıblar.

Eyni növdə qüvvəsini sınayan Elvin Astanov və Xanna Əliyeva cütlüyü isə ikinci yeri tutublar.

Qeyd edək ki, bundan öncə Azərbaycan millisinin üzvü Xanna Əliyeva pnevmatik tapançadan atəşaçmadan 235.2 xalla ikinci yeri tutaraq gümüş mükafata yiyələnib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri