19 
Mar
2024
23:10
14
108
1651
Virtual karabakh

“Fiorentina”nın rəhbəri vəfat edib

19 Mar, 2024
23:10
1651

“Fiorentina”nın rəhbəri vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fiorentina”nın baş direktoru Co Barone 57 yaşında vəfat edib.

Bu barədə İtaliya futbol klubunun mətbuat xidməti xəbər verir.

Bazar günü futbol üzrə İtaliya çempionatının 29-cu turunun “Atalanta” - “Fiorentina” matçı özünü pis hiss edən Baronenin xəstəxanaya yerləşdirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Bazar ertəsi məlum olub ki, funksioner ağır vəziyyətdə reanimasiyadadır.

Baş direktor çərşənbə axşamı Milanın San Raffaele Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hazırda “Fiorentina” 43 xalla A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir.

Mənbə: matchtv.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri