Apr
2024
14:44
190
17
1480
Virtual karabakh

Kriştianu Ronaldu ayın futbolçusu seçilib - FOTO

2 Apr, 2024
14:44
1480

Kriştianu Ronaldu ayın futbolçusu seçilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ən-Nəsr”in 39 yaşlı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.

Bu barədə Səudiyyə Ərəbistanı Pro Liqasının mətbuat xidməti “X” hesabında məlumat yayıb.

Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunun “Ər-Raed”lə oyununda (1:3) portuqaliyalı futbolçu heç bir nəticəverici hərəkətə imza atmayıb. 24-cü turun “Əl-Əhli” ilə oyununda (0:1) Ronaldu penalti zərbəsi ilə qələbə qolunu vurub. 25-ci turun “Ət-Tai” ilə oyununda (5:1) məşhur hücumçu het-trik edib.

Xatırladaq ki, Ronaldu bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 33 qol vurub, 11 məhsuldar ötürmə edib.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri