Apr
2024
16:48
33
37
1787
Virtual karabakh

TFF qalmaqallı “Trabzonspor” - “Fənərbağça” oyunu ilə bağlı cəzaları AÇIQLADI

3 Apr, 2024
16:48
1787

TFF qalmaqallı “Trabzonspor” - “Fənərbağça” oyunu ilə bağlı cəzaları AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Futbol Federasiyası qalmaqallı “Trabzonspor” - “Fənərbağça” oyunu ilə bağlı pul cəzaları kəsib.

Belə ki, “Trabzonspor” klubu altı rəsmi oyunu boş tribunalar önündə keçirəcək, üstəlik kluba arenada baş vermiş özbaşınalıqlarla əlaqədar 3 milyon 112 min türk lirəsi cərimə kəsilib.

"Trabzonspor"un məşqçisi Egemen Korkmaz bir görüşdə texniki zonada yer almayacaq. Üstəlik, o, 13 min Türkiyə lirəsi (687 manat) cərimə edilib.

“Fənərbağça”nın futbolçuları Ostervolde Ceyden və qapıçı İrfan Can biroyunluq cəza alıblar.

Ostervolde Ceydenə rəqib komandanın azarkeşləri olduğu tribunalarına qarşı qeyri-idman davranışına görə 39 min Türkiyə lirəsi (2 min manat) cərimə kəsilib.

Maraqlıdır ki, Türkiyə Futbol Federasiyası azarkeşlərlə davada iştirak edən “Fənərbağça”nın müdafiəçisi Osei Samuel Brayta heç bir cəza kəsməyib.

Qeyd edək ki, “Trabzonspor” - “Fənərbağça” qarşılaşmadan sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum çəkiblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Matç "Fənərbağça"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri