Futbol üzrə Almaniya Bundesliqasının çempionu vaxtından əvvəl müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Bayer” “Bavariya”nın 11 illik ağalığına son qoyaraq tarixində ilk dəfə Almaniya çempionu olub.
Bundesliqanın 29-cu turunun ev oyununda “Bayer” (Leverkuzen) “Verder”ə (Bremen) 5:0 hesabı ilə qalib gəlib. Matçın 25-ci dəqiqəsində penaltidən nigeriyalı hücumçu Viktor Bonifas fərqlənib. Qranit Caka 60-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü ikiyə çatdırıb. Florian Vits 68-ci dəqiqədə üçüncü qolu vurub, 83 və 90-cı dəqiqələrdə də fərqlənərək het-trikə imza atıb.
Bundesliqanın 29 matçından sonra Xabi Alonsonun yetirmələri 79 xal toplayıb və bu onları təqib edən “Bavariya” (69 xal) üçün əlçatmaz olub.
Qeyd edək ki, daha öncə leverkuzenlilərin son böyük uğuru 1993-cü ildə Almaniya Kuboku qazanmaq olub. Beləliklə, klub həm də 31 illik kubok həsrətinə də son qoyub.
Rəylər