19 
Apr
2024
20:28
72
23
621
Virtual karabakh

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

19 Apr, 2024
20:28
621

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 10-cu dəfə təşkil edilən bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayıb. Nazir iştirakçılara uğurlar arzulayıb:

“Dünya Kuboku artıq ənənəvi xarakter daşıyır. Azərbaycanda bütün gimnastika növlərində inkişaf hiss olunur. Bu, dövlət başçısının dəstəyi ilə həyata keçir. Bütün idmançılara uğurlar arzulayıram”.

Sonra dövlət himni səsləndirilib.

Qeyd edək ki, aprelin 21-dək təşkil olunacaq Dünya Kubokunda 41 ölkənin 116 gimnastı mübarizə aparır. İdmançılar fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər, eyni zamanda çoxnövçülük proqramında qüvvələrini sınayırlar. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri