12 
May
2024
22:36
219
8
1041
Virtual karabakh

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb

12 May, 2024
22:36
1041

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atletika üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatının ikinci günündə də uğurlu çıxışlarını davam etdiriblər.

Oxu.Az-ın məlumatına görə, üç təkanla tullanma yarışında Rüstəm Məmmədov 15,93 metr göstərici ilə yadda qalıb.

Bu nəticə ilə bütün rəqiblərini geridə qoyan atlet yarışın qalibi olub.

Bu növdəki digər təmsilçimiz Cabir Əliyev 7-ci yeri tutub.

Xatırladaq ki, yarışın ilk günündə Nazim Babayev uzunluğa tullanmada 2-ci olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri