Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
FİFA-da qalmaqal: Baş katib vəzifəsindən azad edildi
Beynəlxalq Futbol Federasiyasının (FİFA) Baş katibi Jerom Valke vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, FİFA Etiket komitəsindən Valkeyə dair rüşvətxorluq işinin araşdırılmasını tələb edib. Məmurun özü istintaq müddətinə vəzifəsindən azad ediləcək.
Daha öncə mətbuatda Valkenin Braziliyada 2014-cü ildə keçirilən Dünya çempionatına biletlərin qanunsuz satışı üzrə sxemlərdə iştirakına dair məlumat yayılmışdı. Valke eləcə də FİFA-da rüşvətxorluğa dair işin əsas fiqurantlarındandır.
İyunun 1-də ABŞ rəsmiləri FİFA-nın baş katibinin 2008-ci ildə Federasiyanın hesabından 10 milyon dolları təşkilatın sabiq vitse-prezidenti Cek Uornerin hesabına keçirdi barədə məlumat yayıb.
Sentyabrın 14-də ABŞ FİFA-da rüşvətxorluğa dair işdə yeni ittihamlar vəd edib.
Xatırladaq ki, mayın 27-də Beynəlxalq futbol Federasiyasının bir neçə yüksəkvəzifəli məmuru həbs edilib.
E.Ə.
www.oxu.az
Rəylər