Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DÇ-2018 və 2022 ətrafında yeni şübhəli razılaşmalar üzə çıxdı
İsveçrə prokurorluğu Dünya Çempionatı 2018 və 2022-nin ev sahiblərinin seçilməsi məsələsində 81 şübhəli maliyyə əməliyyatları barədə məlumata malikdir.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Öncə bu cür əməliyyatların sayı 53 idi, bu gün isə onlara daha 28-i əlavə olunub.
İsveçrə prokurorluğu qarşıdan gələn iki dünya birinciliyinin sahiblərinin seçilməsi zamanı pozuntular barədə cinayət prosesi açıb. Paralel olaraq ABŞ-ın Federal Təhqiqatlar Bürosu FİFA-da rüşvət barədə işi araşdırır. Bu işlə bağlı təşkilatın bir sıra yüksək vəzifəli məmurları həbs olunub.
Bununla belə, qeyri-rəsmi məlumata əsasən, Amerika tərəfinin istintaqı ÇM-2018-ə deyil, DÇ-2022-yə aiddir.
Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 isə Qatarda keçiriləcək.
"DÇ-2018" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin tarixinə düşən böyükhesablı məğlubiyyətlər - ARAŞDIRMA
- Hannes Halldorsson: “Qarabağ”da yaşadıqlarım böyük həyat təcrübəsi oldu” - MÜSAHİBƏ + FOTO
- Avstriya - Azərbaycan: Yığmamız üçün uğursuz polyak
- Sautqeytin İngiltərə millisindəki taleyinə aydınlıq gətirildi
- DÇ-2022: Argentina və Fransa yığmaları 3-cü çempionluq arzusunda
Rəylər