"İcmal informasiya sistemi" teqi üzrə xəbərlər
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş orqanın (qurumun) İcmal informasiya sistemi, inzibati xətalar haqqında protokolların və inzibati xətalar haqqında işlər üzrə qərarların (qətnamələrin) mərkəzləşdirilmiş uçotunu və izlənilməsini təmin etmək, bu Məcəlləyə uyğun olaraq tətbiq edilmiş, dövlət büdcəsinə və (və ya) inzibati cərimə şəklində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanmış və köçürülmüş cərimələr haqqında məlumatların təhlili və bu məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsi məqsədilə yaradılır.
İnzibati xətalar haqqında protokollar və inzibati xətalar haqqında işlər üzrə qərarlar (qətnamələr), o cümlədən elektron protokollar və elektron qərarlar haqqında məlumatlar, onların unikal nömrə verilməklə izlənilməsini təmin etmək üçün bu Məcəllənin 45-2-ci maddəsində nəzərdə tutulmuş qaydada İcmal informasiya sisteminə ötürülür.
Sənəddə qeyd olunur ki, İcmal informasiya sistemi vasitəsilə unikal kod verilmədən cərimə şəklində inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutan inzibati xətalar haqqında işlər üzrə qərarların, o cümlədən elektron qərarların icrası tələb edilə bilməz.
Bu məcəlləyə uyğun olaraq tətbiq edilən cərimələrdən dövlət büdcəsinə daxil olan vəsaitin 5%-i İcmal informasiya sisteminin saxlanılması, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə bu orqanın xəzinə hesabına köçürülür