Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hansı halda cərimənin 10 faizindən azadolma tətbiq ediləcək?
Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Oxu.Az xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Həmçinin inzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödəniləcək. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xətanı törətmiş şəxsə bu Məcəllənin 57-1.1-ci və 57-1.4-cü maddələrinə uyğun olaraq veriləcək.
İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə və "İcmal" informasiya sisteminə göndəriləcək.
Mərahim Nəsib
"İnzibati Xətalar Məcəlləsi" teqi üzrə xəbərlər
- Masallıda əmək hüquqlarını pozan şirkət CƏZALANDIRILDI
- "Xarı bülbül"də dava: Gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, döyüldü
- Ordubadda meyxanaçıya söz atan 38 yaşlı kişi kafedə DAVA SALDI
- Apteklərdə YOXLAMA - Nöqsanlar aşkarlandı
- Sakinlərin yuxusunu pozan "Çayka" - "Səsdən evdə oturmaq mümkün deyil"