"Zəfər Muzeyi" teqi üzrə xəbərlər
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixində imzaladığı sərəncamla, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Qələbənin ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin işıqlı xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsi hazırlanmış, tikinti işlərinə başlanılmışdır.
PASHA Holdinqin maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər Parkı və Zəfər Muzeyi Bakı şəhər İH-yə təhvil verilmişdir.
Zəfər Muzeyi, tikintisi 2024-cü ildə başa çatmış Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihə Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Qələbənin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin işıqlı xatirəsinin əbədiləşdirilməsinə yönəlib.
Ümumi sahəsi 4278 kv.m olan Zəfər Muzeyinin binasında səkkiz sərgi zalı, 90.7 kv.m sahəsi olan auditoriya və ziyarətçilər üçün nəzərdə tutulmuş digər zonalar var. Muzeyin tikintisinə 59.5 milyon manat yönəldilib.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərini simvolizə edən muzeyin hər bir şöbəsi, eksponatları və instalyasiyaları özünəməxsusluğu, dərin məna məzmunu və mühüm mesajları ilə seçilir ki, bu da şübhəsiz, ziyarətçilərdə böyük maraq doğuracaq.
Muzeyin instalyasiyalarında təxminən 30 illik erməni işğalına son qoyan Qələbə nəticəsində doğma torpaqlarımızın bərpası öz əksini tapmışdır.
Ölkənin qələbəsini təmin edən Vətən müharibəsi qəhrəmanlarının hər birinin adı, qəlblərimizdə olduğu kimi, Zəfər Muzeyində də əbədiləşdirilib.