Laçın rayonunda "Laçın İşğal və Zəfər Muzeyi Kompleksi"nin inşası üçün 9 milyon manatdan çox vəsait ayrılacaq.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.
Məlumata görə, qurum layihə çərçivəsində görüləcək işlər müqabilində ümumilikdə 9 milyon 909 min 365 manat ödəməyi planlaşdırır.
Qeyd edək ki, "Laçın İşğal və Zəfər Muzeyi Kompleksi"nin təməli 28 may 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.
Qaynar xətt:
(055) 224 12 12