24 
Avq
2018
12:17
120
35
7029
Virtual karabakh

Azərbaycan rusiyalı bloqerin gözü ilə - FOTOREPORTAJ

24 Avq, 2018
12:17
7029

Azərbaycan rusiyalı bloqerin gözü ilə - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur “livejournal” onlayn məkanının istidafəçilərindən biri Azərbaycan haqqında məqalə dərc edib. 

Sankt-Peterburqdan olan Vyaçeslav Alkapona Azərbaycanın bir neçə regionunda olub və təəssüratlarını bölüşüb. 

Oxu.Az həmin süjeti təqdim edir: 

Əgər avropalılar amerikalılarla birlikdə dünyanın, demək olar ki, bütün ölkələrinə yalnız barmaq izi ilə səfər edə bilirlərsə, bizim bəxtimizə isə çox az sayda belə ölkələr düşüb. Əgər siz hansısa səbəblərə görə viza əldə edə bilmirsinizsə, onda sizə Şərqin sehri olan Azərbaycana getməyi təklif edirəm. 

Səfərinin fotolarına baxan zaman başa düşdüm ki, bu möhtəşəm odlar yurduna səfərimdən iki il keçməsinə baxmayaraq, o zaman aldığım təəssüratlar və emosiyalar mənim ruhumu buraxmır. Hər dəfə Azərbaycanı səmimiyyətlə xatırlayıram. Bu zaman badələrə süzülən çaxırı, lülə kababı, uzun gəzintidən sonra insanın içini isidən düşbərəni və xeyirxah insanları da unutmuram. Bəs niyə buraya getmək lazımdır?

İlk növbədə, arxitekturasına görə getmək lazımdır. Bu cür qarışıq üsluba dünyanın heç bir ölkəsində rast gələ bilməzsiniz. Çünki “Xruşovka” və “Stalinka” sovet stilləri müasir layihələrlə qarışdırılır. 

Misal üçün, siz Bakının və Zahi Hadidin baş şedevri olan tikili ilə tanış ola bilərsiniz. Həyat yoldaşımın bu tikilini “yadplanetlilərin” möcuzəsi adlandırmasına baxmayaraq, Heydər Əliyev Mərkəzindən yan keçmək mümkün deyil. 

Bakının müxtəlif nöqtələrindən “Alov qüllələrini” müşahidə etmək mümkündür. Şəhərin yeni simvolu belə olmalı idi. Görkəmli. Simvolik. Müasir.

Yeni eranın şedevrləri ilə yanaşı, qədim şəhərin arxitekturasına diqqət yetirmək lazımdır. Burada harasa qaçmaq və ya bütün yerlərə getmək mütləq deyil. 

Çoxsaylı evlərin həyətlərində kişilər nərd oynayır, küçə labirintləri ilə uşaqlar qaçır, eyvanlarda qadınlar söhbət edir, səkilərdə pişiklər yatır. Bütün bunlar insana rahatlıq gətirir və istəyirsən ki, armudu stəkanda özünə çay süzüb, yerli sakinlərlə nərd oynayasan. 

Özünü sovet kinoistehsalının nümayəndəsi olan Şurik kimi hiss edib, yerli əfsanələrə də toxunmaq lazımdır. Yerli müdriklərdən tarix və əfsanələr haqqında söhbət edərkən, vaxtın necə keçdiyini və qaranlığın düşdüyünü hiss etməyəcəksiniz. Buradan əldə etdiyiniz məlumatlarla öz kitablarınızı buraxa bilərsiniz. 

Burada qalmaq üçün şəhər mərkəzindəki hotelləri seçmək olar. Bakıda ucuz və eyni zamanda, yaxşı hotel tapmaq həmişə mümkündür. 

Arxitektura – bu, çox gözəldir, ancaq Azərbaycan və Bakı ilə tanışlıq yerli restoranlardan başlamalıdır. Həyat yoldaşımla bu addımı atdıq, yükləri hotelə yerləşdirib, yerli mətbəxin təamlarının verildiyi restoran getdik.

Yemək – ölkədə ən yaxşı şeylərdən biridir. Onun haqqında uzun danışmaq olar. Əgər bir neçə günlük bura gəldiyiniz anda “MсDonalds”, “KFC” və ya “Subway”ə getsəniz, sizi barbarlar siyahısına daxil edəcəyəm.

Ümumiyyətlə, Azərbaycan turizm üçün açıqdır, buraya gəlmək üçün isə viza lazım deyil. Əgər siz Şərqin gözəlliyindən həzz almaq istəyirsinizsə, Bakıya hər zaman ucuz bilet tapa bilərsiniz.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri