Mar
2023
11:20
37
111
3206
Virtual karabakh

Dünyanın ən məşhur kilsəsinin açılış tarixi elan olundu - FOTO

7 Mar, 2023
11:20
3206

Dünyanın ən məşhur kilsəsinin açılış tarixi elan olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa paytaxtının əsas simvollarında biri, böyükmiqyaslı yanğın nəticəsində zədələnmiş Notr-Dam kilsəsinin təmiri 2024-cü ilin dekabrında ictimaiyyətə açılacaq qədər sürətlə davam edir.

Bu barədə kafedral kilsənin bərpasına cavabdeh olan general Jan-Lui Jorjlen bəyan edib.

Onun sözlərinə görə, Notr-Damın 2019-cu ildə yanğın zamanı dağılan şpili bu il tədricən yenidən abidənin üzərində görünməyə başlayacaq.

 “Şpilin Paris səmasına qayıtması Notr-Dam uğrunda döyüşdə qalib gəldiyimizin simvolu olacaq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Notr-Damda 2019-cu ilin aprelində irimiqyaslı yanğın baş verib. Ehtimal olunur ki, hadisəyə elektrik şəbəkəsindəki problem səbəb olub. Yanğın 14 saat ərzində söndürülüb, tarixi binaya ciddi ziyan dəyib.

Mənbə: Associated Press 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri