31 
Mar
2023
13:16
137
43
1829
Virtual karabakh

Bakı dünyanın trend məkanları SİYAHISINDA

31 Mar, 2023
13:16
1829

Bakı dünyanın trend məkanları SİYAHISINDA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin nüfuzlu “TripAdvisor” xidmətinin səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında Bakının da adı var.

Oxu.Az-ın məlumatına görə, səyahətçilərin rəyləri və təəssüratları əsasında hazırlanan siyahı səyahət platformasının saytında dərc olunub.

Siyahıda 25 fərqli ölkənin şəhərlərinin adı yer alıb, Bakı bu reytinqdə səkkizinci yerdə qərarlaşıb.

“Bakının tarixi mərkəzi İpək Yolu üzərində liman şəhəri olmasından neft bumuna və sovet dönəminə qədər keşməkeşli keçmişini nümayiş etdirir. Bura İçərişəhər Şirvanşahlar Sarayı və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qız Qalasının, həmçinin küçələrin, məscidlərin, tarixi binaların və istehkamların qalıqlarının labirintindən ibarətdir. Bakı təkcə tarixi məkan deyil, o həm də incəsənət və mədəni tədbirlərə, eləcə də müasir biznes sektoruna ev sahibliyi edir”, - deyə platformada vurğulanır.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri