Mar
2024
13:56
101
50
2212
Virtual karabakh

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

7 Mar, 2024
13:56
2212

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq.

Bu barədə Çelyabinskin Kurçatov hava limanının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, artıq bu marşrut üzrə xidmət göstərən “İrAero” aviaşirkəti biletlərin satışına başlayıb.

“Superjet 100” aprelin 3-dən oktyabrın 23-dək hər çərşənbə günü iki reys (gediş-dönüş) yerinə yetirəcək. Bakıdan Çelyabinskə uçuş yerli vaxtla saat 13:00-dadır. Gəliş yerli vaxtla saat 16:50-dədir. Çelyabinskdən gediş elə həmin gün saat 18:00-dadır. Gəliş - 20:00. Uçuş müddəti üç saatdır”, - deyə məlumatda vurğulanıb.

Bundan əlavə, “İrAero” aviaşirkəti Krasnoyarskdan Azərbaycana əlavə reys açır.

Regional paytaxtın Beynəlxalq Hava Limanının Mətbuat Xidmətindən verilən məlumata görə, ilk reys aprelin 3-də baş tutacaq, bundan sonra çərşənbə və bazar günləri Bakıya uçmaq mümkün olacaq. Uçuş müddəti təxminən 5 saat olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri