16 
Mar
2024
01:24
326
80
19021
Virtual karabakh

Bakıda yeni hava limanı tikilir - VİDEO

16 Mar, 2024
01:24
19021

Bakıda yeni hava limanı tikilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt yaxınlığında yeni aeroport tikiləcək. Yeni hava limanı Ələt Azad İqtisadi Zonasında yerləşəcək.

Hazırda iqtisadi zonada istehsal müəssisələri ilə yanaşı, logistika mərkəzi və hava limanı da inşa edilir. Müasir standartlara cavab verən beynəlxalq karqo hava limanının inşası üzrə işlərə artıq başlanılıb. Hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir. 

Hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Hava limanı ilk növbədə azad iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək.

Qeyd edək ki, Ələt Azad İqtisadi Zonası üçün Bakı Beynəlxalq Dəniz Limanı ticarət limanı yaxınlığında 719 hektar torpaq sahəsi ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri