Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ Azərbaycanı ən təhlükəsiz ölkələr siyahısına saldı - FOTO
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi (CDC) pandemiya dövründə səyahət üçün riskli və risksiz ölkələrin adlarını açıqlayıb.
Siyahıya əsasən, məkanlar üç kateqoriyaya bölünüb. Azərbaycan “Birinci səviyyə: COVID-19-a yoluxma riski ən az olan” bəndinə daxil edilib.
Bu səviyyəyə daxil edilmək üçün ölkədə son 28 gündə hər 100 000 sakinə 49 və ya daha az yeni yoluxma halı qeydə alınmalıdır. Azərbaycanın adı aprelin 25-də bu dərəcəyə aid edilib. Bundan əvvəl ölkəmiz ikinci səviyyədə idi.
Qeyd edək ki, “İkinci səviyyə: COVID-19-a orta yoluxma riski olan” ölkələr son 28 gündə hər 100 000 sakinə 50-100 yoluxma halı qeydə alınanlardır. Aprelin 25-də Salvador, İndoneziya, Oman, Birləşmiş Ərəb Əmirlikləri bu dərəcəyə salınıb.
CDC-nin yeni sistemində “Üçüncü səviyyə: COVID-19-a yüksək yoluxma riski” kateqoriyası son 28 gündə 100 000 sakinə 100-dən çox hadisəsi qeydə alınan ölkələr aid edilib. Bu kateqoriyaya Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Portuqaliya, İspaniya, Böyük Britaniya, Braziliya, Kanada, Misir, Malayziya, Meksika, Cənubi Koreya və Taylandın adı əlavə edilib.
“Dördüncü səviyyə” xüsusi hallar üçün nəzərdə tutulub. Hələ ki, heç bir ölkə bu kateqoriyaya əlavə edilməyib.
CDC-nin məlumat çatışmazlığı səbəbindən “Naməlum” adlandırdığı risk kateqoriyası da var. Adətən, bura kiçik, uzaq yerlər, yaxud aramsız müharibələr və ya iğtişaşlar olan ərazilər daxildir. Bazar ertəsi bu dərəcəyə Qambiya əlavə edilib. CDC riskləri bilinmədiyi üçün bu kateqoriyadan olan ölkələrə səyahəti tövsiyə etmir.
Mənbə: Gwinnett Daily Post
Rəylər