Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Air Astana” Azərbaycana uçuşların tezliyini artırmağı düşünür
Qazaxıstanın ən böyük aviaşirkəti “Air Astana” iqtisadi cəhətdən məqsədəuyğun olarsa, Azərbaycana uçuşların tezliyini artıra bilər.
Bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, “Air Astana” aviaşirkəti həmişə bu istiqamətdə uçuşlara tələbat dinamikasının inkişafını diqqətlə izləyir.
Qeyd edilib ki, “Air Astana” şirkətlər qrupu, o cümlədən “FlyArystan” 2024-cü ilin martına qədər qış cədvəlinə uyğun olaraq Almatı, Astana və Aktau şəhərlərindən Azərbaycana həftədə yeddi reys həyata keçirəcək.
“Bunlardan Astana-Bakı-Astana istiqamətində həftədə iki, Aktau-Bakı-Aktau istiqamətində həftədə üç reys “FlyArystan” bölməsi tərəfindən həyata keçirilir. “Air Astana” şirkəti tərəfindən isə Almatı-Bakı- Almatı istiqamətində həftədə iki reys həyata keçirilir. Onu da qeyd edək ki, 2023-cü ilin iyul ayından etibarən AZAL aviaşirkəti ilə Almatı-Bakı-Almatı marşrutu üzrə kod-şer sazişi imzalanıb ki, bu da sərnişinlərin rahatlığı üçün marşrutun kombinasiyası imkanlarını artırır”, - deyə aviaşirkətdən əlavə edilib.
Qeyd edək ki, “Air Astana” Qazaxıstanın Almatıda yerləşən ən böyük aviaşirkətidir. “Air Astana” şirkətlər qrupuna aşağıbüdcəli “FlyArystan” şirkəti də daxildir.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir
- Moskvada hava məkanı açıldı: Reyslər BƏRPA OLUNDU
- Hökumə Əliyevanın büstü HAZIRLANIR
- "Silk Way West Airlines" Milli Aviasiya Akademiyasına "Boeing 777" uçuş simulyatorunu təhvil verib
- Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib