İnternet üzərindən hava uçuşları barədə məlumat verən “Skyscanner” xidməti Avropa və Asiya ölkələrinə təyyarə bileti almaq üzrə araşdırmalar aparıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, nəticədə adıçəkilən istiqamətlərə aviabilet almaq üçün ən yaxşı vaxt səyahətdən 5-7 ay öncədir. Bu zaman 76%-dək pula qənaət etmək olar.
Xidmətin analitikləri 2015-2016-cı illərdə bron edilmiş aviabiletləri analiz etdikdən sonra belə qənaətə gəliblər. Ekspertlərin fikrincə, ölkə daxili aviabiletlər barədə nəsə demək isə çətindir.
Çünki belə aviareyslərin qiymətləri daha fərqli vəziyyətlərə uyğun olaraq dəyişə bilər.
U.A.
www.oxu.az