Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AZAL Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin alışı ilə bağlı müraciət edib - VİDEO
Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) QSC reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.
AZAL-dan verilən məlumata görə, aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.
Qeyd edək ki, AZAL sərnişinlərin rahatlığına və seçiminə xüsusi önəm verir. Hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı altı reys təşkil edir.
Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqdən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
“Azərbaycan Hava Yolları” www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb.
Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54. “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
- AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
- Bakı Qafqazda ilk dəfə keçiriləcək IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək
- "Greentech Solutions", BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdılar
- AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır