Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb. İyulun 25-nə olan məlumata görə, aviaşirkət 2024-cü ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.
Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan "Azərbaycan Hava Yolları" aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Lavrov: "Rusiya Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirir"
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI
- Azərbaycanın konkret tələbi: Təyyarə qəzası ədalətli araşdırılmalıdır
- AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan daha bir nəfər evə buraxılıb
Rəylər