AZAL-ın texniki səbəbdən gecikmiş “J2 75” reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Həmçinin bildirilib ki, İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50-də həyata keçiriləcək.
Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.
11:51
AZAL-ın Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək “J2 75” reysinin uçuşu texniki səbəbdən gecikir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.
Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.