Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda Turizm Reyestri istifadəyə verilib - FOTO
“Son illər ölkədə sənaye tənzimlənməsi istiqamətində bir sıra tədbirlər görülür. Turizm sektorunda bir müddətdir üzərində işlədiyimiz Turizm İnformasiya Sistemi artıq ictimaiyyətə təqdim edildi”.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm İnformasiya Sisteminin təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu sistem xidmət keyfiyyətinin artırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edəcək:
“Turizm İnformasiya Sistemi turizm sənayesi subyektlərinin qeydiyyatını və təsnifatını aparmaq, keyfiyyət nişanlarını təqdim etmək və reytinq qiymətləndirilməsini həyata keçirmək üçün nəzərdə tutulub. Turizm Reyestri vasitəsilə ilkin mərhələdə turizm agentliklərinin, bələdçilərinin qeydiyyat və təsnifatı aparılır. Eyni zamanda, turizm sənayesinə açıq və keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarının əldə edilməsi üçün imkan yaradılır. Açıq və keyfiyyətli xidmət nişanları alan sənaye subyektləri “B” kateqoriyası, onlarla yanaşı, “rəqəmsal xidmət” nişanı alan sənaye subyektləri isə “A” kateqoriyası əldə edəcəklər”.
F.Nağıyev onu da əlavə edib ki, bu nişanları əldə etmək üçün müvafiq meyarlar təyin edilib və turizm sənayesi nümayəndələri ilə görüşlər keçirilib:
“Meyarların hazırlanması zamanı turizm sənayesi subyektlərinin fikirləri, təklifləri də nəzərə alınıb. Bu layihənin uğurlu icrası ölkədə turizm sənayesinin yüksək inkişafına, reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək. Bu da gələcəkdə turizm sektorunda reytinq hesablanmasının daha rahat və obyektiv aparılmasına imkan verəcək.
Onu da qeyd edim ki, Turizm Reyestrində qeydiyyatdan keçib müvafiq olaraq “A” və “B” kateqoriyaları əldə etmək insanlarla daha etibarlı əlaqə qurmağa da imkan yaradacaq. Bütün sənaye subyektlərini qeydiyyatdan keçərək ilkin mərhələdə “B” kateqoriyası almağa dəvət edirəm”.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Fuad Nağıyev" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Fuad Nağıyev: "İlk dəfədir ki, turizm COP gündəliyinə inteqrasiya olunur"
- Şəkidə şəhid övladları üçün keçirilən Payız düşərgəsi yekunlaşıb
- Agentlik sədri: "Naftalan neftinin yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır"
- Fuad Nağıyev: "Turizm sənayesi COP29-a tam hazırdır"
Rəylər