Biləsuvar rayonunda ənənəvi - 5-ci "Hind quşu festivalı" baş tutub.
Oxu.Az xəbər verir ki, festivalda çeşidli təamlar nümayiş etdirilib, müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib.
Həmçinin kəndirbazlıq nümunələri göstərilib, müxtəlif növ əl işlərindən ibarət sərgilər və rəsm əsərləri, hind və Çin mətbəxi nümayiş etdirilib.
Bundan başqa, festival çərçivəsində kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən guşə də fəaliyyət göstərib.
Festivalda milli-mənəvi dəyərləri əks etdirən toy adətləri və xına mərasimi nümayiş olunub.
Qeyd edək ki, festivalın məqsədi quşçuluğun inkişafına töhfə vermək və turizmin inkişafına marağın artırılmasıdır.
Əli Məmmədov