AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.
Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.
Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Biletləri aviadaşıyıcının www.butaairways.az saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.