Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Maraqlı fakt: Çində adambaşına 100 ağac var
Çinli alimlər genişmiqyaslı tədqiqat apararaq, ölkə üzrə ağacların paylanmasının ətraflı xəritəsini tərtib ediblər. Lazer texnologiyalarından istifadə edərək, onlar Çinin hər bir sakininin təxminən yüz ağaca "sahib olduğu"nu müəyyən ediblər. Lakin real rəqəm, ehtimal ki, daha yüksəkdir.
Oxu.Az bu barədə pravda.ru-ya istinadən xəbər verir.
Alimlərin məlumatına görə, Çində ağacların sıxlığı hektarda (ha) 689 ağac təşkil edir. Bu, 2019-cu ildə 9-cu Milli Meşə Resurslarının İnventarlaşdırılması zamanı qeydə alınan hektarda 1 052 ağac göstəricisindən aşağıdır.
Lakin tədqiqatın əsas məqsədi ağacların dəqiq sayı deyil, onların ərazi üzrə paylanmasıdır ki, bu da ölkəyə ekoloji hədəflərə çatmaqda kömək edəcək.
Lazerlər və pilotsuz uçuş aparatları
Tədqiqatı aparmaq üçün alimlər pilotsuz uçuş aparatlarına quraşdırılmış LiDAR (Light Detection and Ranging) texnologiyasından istifadə ediblər. Dronlar 2015-ci ildən başlayaraq, ümumi sahəsi təxminən 1 400 kv. km olan ərazini tədqiq ediblər.
Toplanmış məlumatlar əsasında süni intellekt vasitəsilə alimlər ağacların sayını müəyyən edə və bu göstəriciləri bütün ölkəyə ekstrapolyasiya edə biliblər. Lakin metodun məhdudiyyətləri var.
"Sıx meşələrdə tacların üst-üstə düşməsi alt təbəqədəki ağacların aşkarlanmasına mane olur ki, bu da aşağı qiymətləndirməyə səbəb olur", - professor Qo izah edir.
"Böyük yaşıl divar" və Çin meşələrinin gələcəyi
Alimlərin sözlərinə görə, bütün dünyada bir nəfərə 400-dən çox ağac düşür, lakin sıx əhalili regionlarda bu rəqəm qanunauyğun olaraq daha aşağıdır. Buna görə, Çin ağacların sayını aktiv şəkildə artırır. Artıq bu yazda yeni dronların işə salınması planlaşdırılır - artıq onlar ağacları saymayacaqlar, əkəcəklər.
Bu, Qobi və Takla-Makan səhralarının genişlənməsi ilə mübarizəyə yönəlmiş möhtəşəm "Böyük yaşıl divar" layihəsinin bir hissəsidir.
1978-ci ildən bu proqram çərçivəsində 66 milyarddan çox ağac əkilib və 2050-ci ilə qədər onların sayı 100 milyarda çatmalıdır.
"Ağacəkmə aksiyası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ikinci günü mədəni hissə ilə davam edir
- Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
- "Türk dövlətləri milli ağacəkmə günü" münasibətilə ölkə ərazisində 111 111 ağac əkilib
- Xətai rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyasına start verilib
- Mehriban Əliyeva "Gənclik" parkındakı ağacəkmə aksiyasından paylaşım edib