Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naxçıvana səyahət edən sərnişinlərin NƏZƏRİNƏ
AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərini aviabilet alarkən məlumatların düzgünlüyünü təmin etməyə çağırır.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
“Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər. Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir.
Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qarşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməsinə kömək edəcək.
AZAL-ın rəsmi saytından Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə edilməsi ilə bağlı əlavə məlumatı:
Sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə Çağrı Mərkəzinə müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunub.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"
- AZAL-ın təyyarəsinin "qara qutu"ları yekun rəy verilməsi üçün Braziliyadan Qazaxıstana gətirildi
- Lavrov: "Rusiya Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirir"
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI
Rəylər