Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək.
Oxu.Az xəbər verir ki, səfirliyin mətbuat xidmətindən Report-a verilən məlumata görə, diplomatik nümayəndəlik sentyabrın 12-dən 25-dək viza müraciətlərini qəbul etməyəcək.
Səfirliyin konsulluq bölməsinin müvəqqəti bağlanmasının dəqiq səbəbi açıqlanmayıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, bu, texniki məsələlərlə bağlıdır.
Məlumata görə, viza müraciətlərinin qəbulu sentyabrın 26-dan bərpa ediləcək.
A.M.