Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qadın kişini ayaqqabısı ilə döydü: Rusiyada təyyarədə DAVA
Novokuznetsk-Soçi reysi ilə uçan təyyarədə qəribə hadisə baş verib. Belə ki, rusiyalı cütlük təyyarədə dava salıb, sonra onlardan biri ayaqqabısı ilə yanındakı sərnişini döyüb.
Oxu.Az-ın verdiyi məlumata görə, kadrlar tezliklə sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, davanı cütlük başladıb. Onlar təyyarənin qalxmasından əvvəl səfər yoldaşları ilə mübahisəyə başlayıblar, sonra qadın ayaqqabısını çıxararaq yanında oturan kişini döyməyə başlayıb.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarəyə qalxaraq dalaşqan cütlüyü sonrakı araşdırma üçün növbətçi hissəyə aparıblar. Onlar barəsində xırda xuliqanlıq maddəsi üzrə inzibati xəta protokolları tərtib edilib.
"Təyyarədə insident" teqi üzrə xəbərlər
- Beliz səmasında dəhşət: Təyyarədə atışma, bıçaqlanma yaşandı
- Dovşan "Boeing"ə qarşı: Havada gözlənilməz qəza təhlükəsi
- Səmada qalmaqal: Sərnişin yeməyə görə dava saldı, təyyarə hava limanına geri qayıtdı
- Sidney reysində insident: Sərnişin havada təyyarənin qapısını açmağa çalışdı
- ABŞ-də hava limanında DƏHŞƏTLİ ANLAR - Sərnişinlərlə dolu təyyarə alovlara büründü