Avqustun 1-dən Rusiyanın Kazan şəhərindən Bakıya yeni aviareys açılacaq.
Bu barədə “İrAero” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Uçuşlar bazar ertəsi həyata keçiriləcək.
Azərbaycanın paytaxtından uçuş yerli vaxtla saat 12:20-də, Kazana eniş isə saat 14:00-da nəzərdə tutulub. Tatarıstan paytaxtından yola düşmə - saat 15:00, Bakıya çatma - 18:40 üçün planlaşdırılıb.
Xatırladaq ki, bundan əvvəl Surqut-Bakı və Novosibirsk–Bakı marşrutu üzrə yeni reyslərin açılması barədə xəbər verilmişdi. Surqut-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - bazar ertəsi və çərşənbə günləri həyata keçirir. Surqutdan uçuşlar səhərlər, Bakıdan axşamlar yerinə yetiriləcək. Novosibirsk–Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək.
Rəylər