Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistan XİN rəhbəri Qarabağ məsələsində güzəştlər barədə
Zaman-zaman Ermənistanda hökumətin güzəştə getməyə hazırlaşması ilə bağlı danışıqlar gedir. Bu söhbətlərdə katalizator rolunu Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dünya liderlərinin hər hansı bir bəyanatları oynayır.
Bundan əvvəl ABŞ prezidenti azərbaycanlı həmkarı İlham Əliyevə Respublika günü münasibəti ilə göndərdiyi təbrik məktubunda bu məsələyə toxunub. Belə bəyanatları yalnız dialoq mühitinin formalaşmasına kömək edən funksiya kimi qəbul etmək lazımdır.
Bu fikirləri “Aravot” qəzetinə müsahibəsində Ermənistan xarici işlər nazirinin vəzifələrini icra edən Zoqrab Mnatsakanyan deyib.
Onun sözlərinə görə, ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində daha bir görüşün keçirilməsi gözlənilir.
Mnatsakanyan Düşənbədə Nikol Paşinyan və İlham Əliyevin ayaqüstü görüşü zamanı əldə edilən razılaşmanın vacibliyini qeyd edib.
Ə.Ş.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
Rəylər