Azərbaycanlı və gürcü qanunsuz yolla sərhədi keçməyə çalışıb.
Xarkov vilayətində Rusiya ilə sərhəddən 200 metr aralıda dövlət sərhəd xidmətinin əməkdaşları üç şübhəlini saxlayıb.
Oxu.Az Rusiya Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, ikisi Gürcüstan, biri Azərbaycandan olan üç xarici, Ukrayna vətəndaşının müşayiəti ilə qanunsuz yollarla Rusiya Federasiyasının dövlət sərhədini keçməyə çalışıb.
Saxlanılan şəxslər inzibati-prosessual sənədlərin tərtib olunması üçün sərhəd bölməsinə aparılıb. Üç xarici vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 204-1 maddəsi üzrə (Ukrayna dövlət sərhədini qanunsuz yolla keçmə və ya qanunsuz yolla sərhədi keçməyə cəhd) protokollar tərtib olunub, Ukrayna vətəndaşının törətdiyi əməl isə Cinayət Məcəlləsinin 332-ci maddəsi üzrə (insanların qanunsuz yolla Ukrayna dövlət sərhədindən keçirilməsi) tövsif edilib.
Rəylər