20 
Sen
2018
14:47
117
31
2734
Virtual karabakh

Kuznetsov: Ermənilərin qəhrəmanı Njde Hitleri təbliğ edib

20 Sen, 2018
14:47
2734

Kuznetsov: Ermənilərin qəhrəmanı Njde Hitleri təbliğ edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qareqin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda mətbuat konfransı keçirən rusiyalı tarixçi, qafqazşünas, hüquqşünas Oleq Kuznetsov deyib.

O, DTX arxivlərində Njdenin həyat və fəaliyyəti haqqında məxfi sənədlər tapıb. 

Tarixçinin sözlərinə görə, sənədlər arasında bir fakt onun diqqətini çəkib. Bu sənəddə Njdenin sitatları yer almışdı:

“Nəhayət, hərəkət etməyi Hitlerdən öyrənmək lazımdır”.

“Njdenin böyüyən nəslə Hitlerdən öyrənməklə bağlı çağırışı o zaman üçün məlahətli səslənirdi. Başqa sözlə desək, Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal gətirərək, ermənilərin türklərə və ümumilikdə, müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib.

Qısası, bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi”, - Kuznetsov deyib. 

Ekspertin fikrincə, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının daxili işlər xalq komissarlığının dövlət təhlükəsizliyi idarəsinin 1935-ci il aprelin 7-nə aid olan 138 saylı sənədindən görünür ki, Njdenin formullarında erməni milliyyətçiliyi birmənalı formada Zaqafqaziya təhlükəsizlik orqanlarında faşizm kimi şərh olunurdu. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri