ABŞ çox böyük dağıdıcı gücə malik aviabombanın sınağını keçirib.
Oxu.Az xəbər verir ki, internetdə sınaqların videosu yayılıb.
Söhbət GBU-57 Massive Ordnance Penetrator (MOP) bombasından gedir. ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançı təyyarəsi iki ədəd bombanı Missuri ştatında yerləşən poliqona atıb.
GBU-57 bombasının çəkisi 13,6 tondur. Bomba 61 metr yerin dərinliyində effektivdir və qalınlığı 19 metrlik olan betonu dağıda bilir.
GBU-57 2007-ci ildə “Boeing” şirkəti tərəfindən hazırlanıb.
ABŞ super bombanın sınağını keçirdi - VİDEO
www.oxu.az
ABŞ super bombanın sınağını keçirdi - VİDEO
Rəylər