Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident Qarabağ Universitetinə rektor təyin etdi
Prezident İlham Əliyev Şahin Vaqif oğlu Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qambiya prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
- Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib
- İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
- İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib
- "Yevlax" qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışı olub