Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vulkan 17 turistin həyatına son qoydu
Yeni Zelandiyanın Uayt Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Təbii fəlakət barədə “Radio New Zealand” radiostansiyası hüquq-mühafizə orqanlarına istinadən məlumat verir.
Adada baş verən vulkan püskürməsi Yeni Zelandiyanın ən böyük şəhərlərindən biri olan Oklenddən 270 kilometr cənubda yerləşən Plenti körfəzində baş verib. Hadisə zamanı adada müxtəlif ölkələrdən olan 47 nəfər turist olub.
Vulkan püskürməsindən dərhal sonra rəsmilər 10 nəfərin həlak olduğu barədə məlumat vermişdi. Aparılan axtarışlar nəticəsində daha altı şəxsin cəsədi aşkarlanıb, iki turistin isə itkin düşdüyü barədə məlumat verilib.
Rəylər