Apr
2020
10:07
29
331
13347
Virtual karabakh

Koronavirusun ağciyərdən başqa digər vacib orqana da təsiri məlum oldu

4 Apr, 2020
10:07
13347

Koronavirusun ağciyərdən başqa digər vacib orqana da təsiri məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ mütəxəssisləri bütün dünyada sürətlə yayılan və minlərlə insanın ölümünə səbəb olan koronavirusla bağlı yeni faktı aşkar ediblər.

Sondakika.com xəbər verir ki, koronavirusun ağciyərlərdən başqa, insanın beyninə də zərər vurduğu məlum olub.

Alimlər bu məsələnin ciddiliyini ifadə edərək bildiriblər ki, ağciyərlərin fəaliyyəti pozulursa, xəstəni respiratora bağlayırıq, beyin üçün isə eyni çıxış yolu yoxdur.

Nevroloqlar bəzi koronaviruslu xəstələrin beynində ciddi pozuntuların yarandığını aşkarlayıblar.

Həmin xəstələrdə koronavirusdan sağaldıqdan sonra nitqin pozulması və reaksiyanın zəifləməsinin müşahidə edildiyi vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri