11 
Apr
2020
03:55
51
303
19408
Virtual karabakh

Bill Qeyts pandemiyanın bitəcəyi vaxtı proqnozlaşdırdı

11 Apr, 2020
03:55
19408

Bill Qeyts pandemiyanın bitəcəyi vaxtı proqnozlaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” şirkətinin təsisçisi, amerikalı milyarder Bill Qeyts dünyanın yayın əvvəlində koronavirusun pandemiyasından sonra normal həyata dönməyə başlayacağını bildirib.

Biznesmen CNBC-yə müsahibəsində bildirib ki, yay və payızda insanlar istehsal, tikinti və təhsillə tam şəkildə məşğul olacaqlar.

Lakin Qeyts qeyd edib ki, dünya əvvəlki vəziyyətinə birdən-birə qayıtmayacaq.

“Heç kəs düşünməməlidir ki, hökumət sehirli çubuğu fırladacaq və iqtisadiyyat birdən-birə pandemiyadan öncəki kimi olacaq”, - deyə “Microsoft”un təsisçisi vurğulayıb.

Qeyts hazırda onun fondunun peyvənd üzərində çalışdığını bildirib və əlavə edib ki, o, 18 aya hazır ola bilər:   

“Bu, ya 95 faiz effektiv olan terapevtik vasitə, ya da geniş yayılmış preparat ola bilər”, - deyə milyarder aydınlıq gətirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri