Yan
2021
16:10
20
687
9127
Virtual karabakh

İndoneziyada sərnişinlə dolu təyyarə qəzaya uğrayıb - FOTO/VİDEO

9 Yan, 2021
16:10
9127

İndoneziyada sərnişinlə dolu təyyarə qəzaya uğrayıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cakarta hava limanından uçan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi dənizə düşüb.

Bu barədə “Sinhua” agentliyi xəbər yayıb.

Məlumata görə, dənizdə laynerin qalıqları və sərnişinlərin cəsədləri tapılıb.

“Flightradar24” portalının verdiyi məlumata görə, “SJ182” reysi ilə əlaqə UTC vaxtı ilə saat 07:40-da kəsilib. Bu, təyyarənin Cakarta hava limanından qalxmasından dörd dəqiqə sonra baş verib. Layner bir dəqiqədən az müddətdə 10 000 metrdən çox hündürlük itirib.

Təyyarə Cakartadan Pontianak istiqamətində hərəkət edirdi. Göyərtədə 50-dən çox sərnişin olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri