20 
Yan
2022
03:57
35
143
4613
Virtual karabakh

Dünyadakı ən yaşlı kişi öldü

20 Yan, 2022
03:57
4613

Dünyadakı ən yaşlı kişi öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən yaşlı insanı, ispan Saturnino de la Fuente Qarsiya 112 yaşında Leonda vəfat edib.

O, Ginnesin Rekordlar Kitabına ötən il düşüb. Qarsiya evində dünyasını dəyişib.

Saturnino de la Fuente 1909-cu il fevralın 11-də Leonda anadan olub. Yaşadığı müddətdə kişi xatırladıb ki, boyu kiçik olduğuna görə (150 santimetr) İspaniya vətəndaş müharibəsi (1936-1939) zamanı orduya çağırılmayıb, sonra şəxsi ayaqqabı biznesini açıb və əsgərlər üçün ayaqqabı tikməyə başlayıb. Boş vaxtlarında futbol oynayıb və doğma şəhərinin komandası- “Cultural Leonesa”ya azarkeşlik edib.

Saturnino de la Fuentanın yeddi qızı, 14 nəvəsi və 22 nəticəsi var.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri