Apr
2022
04:23
188
29
3384
Virtual karabakh

Britaniyada xeyli aviareys təxirə salındı

7 Apr, 2022
04:23
3384

Britaniyada xeyli aviareys təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın aparıcı aviaşirkətləri yeni növ koronavirus epidemiyası səbəbindən çoxlu sayda işçinin icazəli olması nəticəsində uçuşları təxirə salır.

“British Airlines” bu gündən etibarən Londonun ən böyük hava limanı “Heathrow”dan yerinə yetirilməsi planlaşdırılan 78 reysi, “EasyJet” isə “Gatwick” hava limanından qalxması planlaşdırılan 30 reysi ləğv etdiyini açıqlayıb.

Pasxanın qeyd olunması səbəbilə sıxlığın yaşandığı Britaniya hava limanlarında gözləyənlərə epidemiya səbəbindən heyət çatışmazlığı ucbatından uçuşların baş tutmadığı deyilir.

“EasyJet” təkcə keçən həftəsonu 222 uçuşun ləğv edildiyini açıqlayıb.

Britaniyada uçuşları təxirə salınmayan sərnişinlər hava limanlarında yaranan “xaos” səbəbindən uzun növbələrlə üzləşirlər.

Mənbə: “Yeni Şafak”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri